"İsrail ikiyə bölünmüş ölkəyə çevrilib" - Mossadın keçmiş rəhbəri

13:12 28.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mossadın keçmiş rəhbəri Tamir Pardo, Baş nazir Binyamin Netanyahunun mübahisəli məhkəmə tənzimləməsindəki israrları ilə Mossadı ordu ilə birlikdə ləğv etdiyini və "İsrailin ikiyə bölünmüş bir ölkəyə çevrildiyini" söyləyib.

Hafta.az-ın İsrail İctimai Yayım Təşkilatı – KAN-ın xəbərinə istinadla yazdığına görə, Pardo ABŞ-dakı ağları dəstəkləyən irqçi qrupa istinadən "Biz Ku Klux Klan kimi şərtlərdən keçirik" deyib.

"Baş nazir Netanyahu dəhşətli irqçi partiyalarla koalisiya qurdu. İndi Netanyahunun mövqeyi irqçilərinkindən çox da fərqlənmir. Qəbul etdiyimiz bəzi qanunları başqa bir dövlət qəbul edərsə, biz onlara irqçi və antisemit qanunlar deyirik", - o bildirib.

İsrailin ədliyyə naziri Yariv Levinin yanvarın 5-də elan etdiyi “məhkəmə islahatı” Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatlarında söz sahibi olmaq kimi dəyişiklikləri ehtiva edir.

Baş nazir Benyamin Netanyahu martın 27-də ölkədə kütləvi etirazların və tətillərin artmasına səbəb olan məhkəmə tənzimləməsini təxirə saldığını, lakin 2023-2024-cü illər büdcəsi parlament tərəfindən təsdiqləndikdən sonra məhkəmə tənzimlənməsini yenidən gündəmə gətirəcəklərini açıqladı.

Netanyahu hökuməti ölkə daxilində kütləvi etirazlara və gərgin ictimai müzakirələrə baxmayaraq, müxalifətin boykot etdiyi parlamentin iyulun 24-də keçirilən iclasında Ali Məhkəmənin hökumət üzərində nəzarətini ləğv edən qanun layihəsini qəbul edib.

Hökumətin "məhkəmə islahatına" qarşı çıxan minlərlə israilli, o cümlədən qırıcı pilotları, sualtı hərbi qüvvələrin və digər elit qoşunların könüllü ehtiyatda olan əsgərləri öz xidmət yerlərini tərk etmək qərarına gəliblər.

İsraildə siyasət, ordu, təhlükəsizlik, iqtisadiyyat və məhkəmə sistemlərində yüksək vəzifələrdə olan adlar hökumətin məhkəmə tənzimləmələrinə qarşı çıxdıqlarını bəyan ediblər.

Netanyahu hökumətinin məhkəmə nizamnaməsinə qarşı etiraz hərəkatı 7 aya yaxındır ki, nümayişlərini davam etdirir.